Nərimanlı “Kolambus” 1/4-ə adladı
Nəriman Axundzadə 90 dəqiqə oynadı, “Kolambus Kryu” 1/4 finalda!
90plus.az xəbər verir ki, ABŞ-da keçirilən ABŞ Açıq Kubokunda növbəti oyun baş tutub. Nəriman Axundzadə formasını geyindiyi "Kolambus Kryu” 1/8 final mərhələsində “Uan Noksvill”lə qarşılaşıb.
Gənc azərbaycanlı hücumçu bu görüşə start heyətində çıxıb və sona qədər meydanda olub. O, 90 dəqiqə ərzində komandasının hücum xəttində aktivliyi ilə seçilib və əvəzlənmədən oyunu tamamlayıb.
Matç “Kolambus Kryu”nun inamlı qələbəsi ilə yekunlaşıb – 4:1. Rəqib "Uan Noksvill” isə turnirlə vidalaşıb.
Bu nəticədən sonra “Kolambus Kryu” ABŞ Açıq Kubokunda növbəti mərhələyə – 1/4 finala vəsiqə qazanıb.
© Copyright 2026, All Rights Reserved