La Liqa: Ən yaxşı adına 5 namizəd var
“Barselona”nın gənc ulduzu Lamin Yamal rəsmi olaraq La Liqada mövsümün ən yaxşı futbolçusu mükafatına namizəd göstərilib.
90plus.az xəbər verir ki, 18 yaşlı cinah oyunçusu möhtəşəm mövsüm keçirib və 28 oyunda 16 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun yüksək səviyyəli hücum performansı “Barselona”nın bu mövsüm İspaniya çempionluğunu yenidən qazanmasında əsas amillərdən biri olub.
Namizədlər siyahısında “Real Madrid”in ulduzu Kilian Mbappe də yer alıb. Siyahıya həmçinin uğurlu mövsüm keçirən “Malyorka” hücumçusu Vedat Muriqi daxil edilib.
Yekun beşlikdə bundan başqa “Betis” yarımmüdafiəçisi Pablo Fornals və “Vilyarreal”ın cinah oyunçusu Nikola Pepe də yer alır.
© Copyright 2026, All Rights Reserved