Kolumbiya Dünya Kubokuna Xames Rodrigesi də aparır
Xames Rodriges yenidən səhnədə: Kolumbiya dünya çempionatına təcrübə və ambisiya ilə gedir.
90plus.az xəbər verir ki, 2026-cı il dünya çempionatına hazırlaşan Kolumbiya millisinin yekun heyəti açıqlanıb. Siyahıda ən çox diqqət çəkən isim isə şübhəsiz ki, Xames Rodriges oldu.
2014-cü ildə Braziliyada keçirilən mundialın ən parlaq simalarından biri olan Xames uzun fasilədən sonra yenidən dünya çempionatı atmosferini yaşayacaq. Həmin turnirdə vurduğu möhtəşəm qollar və lider oyunu ilə futbolsevərlərin yaddaşına həkk olunan kolumbiyalı futbolçu bu dəfə təcrübəsi ilə komandasına yardım etməyə çalışacaq.
Xüsusilə Uruqvay millisinə qarşı vurduğu möhtəşəm qol hələ də dünya çempionatları tarixinin ən gözəl anlarından biri kimi xatırlanır. O performans Xamesin karyerasında dönüş nöqtəsinə çevrilmiş, onu dünya futbolunun əsas ulduzlarından birinə çevirmişdi.
Kolumbiya millisinin baş məşqçi heyəti təcrübəli oyunçularla yanaşı, gənc və enerjili futbolçulara da şans verib. Heyətdə Luis Dias, Davinson Sançes, Cefferson Lerma və Con Aryas kimi önəmli isimlər də yer alıb.
Kolumbiyanın DÇ-2026 üçün heyəti
Qapıçılar:
Kamilo Varqas (“Atlas”),
David Ospina (“Atletiko Nasyonal”),
Alvaro Montero (“Veles Sarsfild”);
Müdafiəçilər:
Daniel Munyos (“Kristal Pelas”),
Santyaqo Arias (“İndependyente”),
Yerri Mina (“Kalyari”),
Davinson Sançes (“Qalatasaray”),
Con Lukumi (“Bolonya”),
Vilyer Ditta (“Krus Asul”),
Xoan Moxika (“Malyorka”),
Deyver Maçado (“Nant”);
Yarımmüdafiəçilər:
Riçard Rios (“Benfika”),
Cefferson Lerma (“Kristal Pelas”),
Qustavo Puerta (“Rasinq Santander”),
Kevin Kastanyo (“River Pleyt”),
Con Aryas (“Palmeyras”),
Xames Rodriges (“Minesota Yunayted”),
Xuan Kintero (“River Pleyt”),
Xorxe Karraskal (“Flamenqo”),
Xuan Kamilo Portilya (“Atletiko Paranaense”);
Hücumçular:
Luis Dias (“Bavariya”),
Luis Suares (“Sportinq”),
Karlos Qomes (“Vasko da Qama”),
Xaminton Kampas (“Rosario Sentral”),
Con Kordoba (“Krasnodar”),
Xuan Kamilo Ernandes (“Betis”).
Kolumbiya yığması dünya çempionatında K qrupunda mübarizə aparacaq. Cənubi amerikalılar burada Portuqaliya millisi, Konqo DR millisi və Özbəkistan millisi ilə üz-üzə gələcək.