“Çelsi” darmadağın oldu, antirekord yazdı
“Çelsi”dən antirekord – “Brayton” London klubunu darmadağın etdi!
90plus.az xəbər verir ki, “Çelsi” İngiltərə Premyer Liqasının 34-cü turunda “Brayton”a 0:3 hesabı ilə məğlub olaraq klub tarixində arzuolunmaz nəticə ilə üzləşib. London təmsilçisi son 114 ildə ilk dəfə ardıcıl 5 liqa oyununda qol vurmadan uduzub.
Görüşə sürətli başlayan meydan sahibləri artıq 3-cü dəqiqədə hesabı açıblar. Türkiyə millisinin üzvü Ferdi Kadıoğlu erkən qolla komandasını önə keçirib və bu, onun cari mövsümdə Premyer Liqada ilk qolu olub. İkinci hissədə Hinshelvud fərqi artırıb, matçın sonlarında isə Denni Uelbek yekun hesabı müəyyənləşdirib:
Brayton 3 - 0 Çelsi
F. Kadıoğlu 3’
Hinshelvud 56’
Uelbek 90+1’
Qollar: https://t.me/doxsanplus/116448
“Brayton” bu qələbə sayəsində turnir cədvəlində “Çelsi”ni qabaqlayaraq 6-cı pilləyə yüksəlib. Maraqlıdır ki, son illərdə “Çelsi” məhz bu klubdan bir neçə futbolçu transfer etsə də, hazırda cədvəldə rəqibinin gerisində qərarlaşıb.
Qarşılaşmada “Çelsi”nin hücum xəttində gözlənilən təsir görünməyib. Koul Palmer və Joao Pedro komandasına kömək edə bilməyib və London klubu qol yollarında yenə aciz qalıb.
Oyundan sonra baş məşqçi Liam Rozenior azarkeşlərdən üzr istəyərək komandanın çıxışına görə məsuliyyəti üzərinə götürüb.
© Copyright 2026, All Rights Reserved