İtaliya Kubokunda Final adı bəllidir
İtaliya Kuboku: “İnter – Latsio” finalı olacaq.
90plus.az xəbər verir ki, İtaliya Kubokunun yarımfinalında dramatik cavab oyunu baş tutub. “Atalanta” öz meydanında “Latsio”nu qəbul edib və qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
İlk oyunun nəticəsi nəzərə alındıqda ümumi hesab 3:3 olub və qalibi müəyyən etmək üçün penaltilər seriyasına ehtiyac yaranıb. Burada daha soyuqqanlı olan “Latsio” 2:1 hesabı ilə üstünlük qazanaraq finala vəsiqə əldə edib:
Atalanta 1 - 1 Latsio
(Ümumi hesab: 3-3)
Penaltilər 1-2
A. Romaqnoli 84’
M. Paşaliç 86’
Beləliklə, İtaliya Kubokunun finalında “İnter” və “Latsio” qarşılaşacaq. Həlledici oyun 13 mayda Romada keçiriləcək.
© Copyright 2026, All Rights Reserved