“Qalatasaray” uduzdu!
“Qalatasaray” Türkiyə Kubokunda mübarizəni dayandırdı.
90plus.az xəbər verir ki, Türkiyə Kubokunun 1/4 finalında sensasiya yaşanıb. “Qalatasaray” doğma meydanda “Gənclərbirliyi”ni qəbul edib və gözlənilməz nəticə ilə məğlub olub.
Bu nəticə ilə İstanbul təmsilçisi turnirdən kənarlaşdırılıb və kubok mübarizəsini erkən dayandırıb:
Qalatasaray 0 - 2 Gənclərbirliyi
F. Üzüm 51’
A. Traore 83’
Qollar: https://t.me/doxsanplus/116470
Qeyd: “Qalatasaray” 2 ildən sonra ilk dəfə Türkiyədə (liqa və kubok daxil olmaqla) ev oyunlarında məğlub olub. Komanda sonuncu dəfə 2024-cü ildə “Fənərbağça”ya, bu dəfə isə 2026-cı ildə “Gənclərbirliyi”nə uduzub.
Digər tərəfdən, “Gənclərbirliyi” 15 illik fasilədən sonra Türkiyə Kubokunda yarımfinala yüksəlməyi bacarıb.
© Copyright 2026, All Rights Reserved