“Barselona”dan qələbə, Yamaldan ağır zədə
“Barselona”dan minimal qələbə, Yamal zədələndi.
90plus.az xəbər verir ki, İspaniya La Liqasının 32-ci turunda “Barselona” doğma meydanda “Selta” üzərində minimal hesablı qələbə qazanıb — 1:0.
Görüşün taleyini 40-cı dəqiqədə vurulan penalti qolu həll edib. Gənc ulduz Lamine Yamal dəqiq zərbə ilə komandasına üç xalı qazandırıb. Lakin bu qol onun üçün baha başa gəlib. Hücumçu penalti epizodundan dərhal sonra zədələnərək meydanı tərk etməli olub:
Barselona 1 - 0 Selta
L. Yamal 40’ (p)
Qol: https://t.me/doxsanplus/116476
Qeyd: Bu “Barselona” üçün gecənin ikinci itki olub. Daha əvvəl Joao Kanselo da zədə səbəbindən oyunu davam etdirə bilməyib.
Bu nəticə ilə Kataloniya təmsilçisi La Liqada ardıcıl səkkizinci qələbəsini qazanıb və çempionluq yolunda inamla irəliləməyə davam edir. Mövsümün sonuna yaxın “Barselona”nın növbəti çempionluğu getdikcə daha real görünür.
© Copyright 2026, All Rights Reserved