Çempionlar Liqası: Madriddə sülh oldu
Madrid sülhə şahidlik etdi: finalçının taleyi cavab oyununda həll olunacaq.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Atletiko Madrid" doğma meydanda "Arsenal" ilə heç-heçə edib.
Gərgin keçən qarşılaşmada hesabı 44-cü dəqiqədə penalti zərbəsindən Viktor Gyökereş açdı. Fasilədən sonra meydan sahibləri üstünlüyü ələ alaraq 57-ci dəqiqədə Xulian Alvarezin qolu ilə bərabərliyi təmin etdi:
Atletiko Madrid 1 - 1 Arsenal
V. Gyökereş 44’ (p)
X. Alvares 57’
Qollar:
https://t.me/doxsanplus/116644
https://t.me/doxsanplus/116646
Matç Xulian Alvares üçün əlamətdar olub. Argentinalı hücumçu Çempionlar Liqasında 25-ci qolunu vuraraq bu həddə Lionel Messidən daha tez çatıb. Belə ki, Messi bu göstəriciyə 42 oyunda nail olduğu halda, Alvaresə cəmi 41 oyun kifayət edib. Bununla da o, turnir tarixində 25 qola ən sürətli çatan cənubi amerikalı futbolçu olub.
Alvares cari mövsümdə Çempionlar Liqasında artıq 10 qol vurub və bununla da “Atletiko Madrid” tarixində bir mövsümdə bu həddə çatan ilk futbolçu kimi tarixə düşüb. Gyökereş isə bu mövsüm turnirdə qol sayını 5-ə yüksəldib.
Beləliklə, tərəflər arasında finala vəsiqə qazanan komandanın adına cavab matçında aydınlıq gələcək. Həmin qarşılaşma 5 may tarixində keçiriləcək.
© Copyright 2026, All Rights Reserved