Kriştiano Ronaldo: 970
“Əl-Nəsr” çempionluğa doğru: Ronaldodan 1000-ə doğru növbəti addım!
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasının 30-cu turunda "Əl-Nəsr" öz meydanında "Əl-Əhli" üzərində 2:0 hesablı qələbə qazandı:
Al Nassr 2 - 0 Al Ahli
K. Ronaldo 76’
K. Kuman 90’
Qollar: https://t.me/doxsanplus/116648
Bu qələbə ilə “Əl-Nəsr” xalını 79-a çatdıraraq turnir cədvəlinin zirvəsində mövqeyini möhkəmləndirdi. Əsas rəqib "Əl-Hilal" 71 xalla ikinci pillədə qərarlaşıb. “Əl-Əhli” isə 66 xalla ilk üçlüyü tamamlayır.
Qeyd: "Əl-Nəsr” bütün turnirlərdə qələbə seriyasını 20 oyuna yüksəldib.
Ronaldo üçün isə bu oyun xüsusi əhəmiyyət daşıyıb. Portuqaliyalı ulduz karyerasındakı qol sayını 970-ə çatdırıb və artıq 1000 qol həddinə doğru inamla irəliləyir. Ona bu tarixi rekordu reallaşdırmaq üçün cəmi 30 qol qalır.
© Copyright 2026, All Rights Reserved