Ronaldo Pro Liqanı sərt tənqid etdi: “Belə futbol olmur”
Kriştiano Ronaldo: “Bu, futbol DEYİL”.
90plus.az xəbər verir ki, Kriştiano Ronaldo 970-ci qolunu vurduqdan sonra verdiyi müsahibədə Səudiyyə Ərəbistanı çempionatı ilə bağlı sərt və açıq fikirlər səsləndirib.
Portuqaliyalı ulduz liqadakı vəziyyətdən narazılığını gizlətməyib:
“Bura müharibə DEYİL. Hamı şikayət edir, sosial şəbəkələrdə paylaşımlar edir… bu, yaxşı deyil”.
“Mövsümün sonunda bir çox real məsələlər haqqında danışacağam”.
Ronaldo bildirib ki, liqaya gələn digər ulduzlar onun yolunu izləyib:
“Bu liqaya ilk gələn mən oldum və qalanları mənə görə gəldi”.
O, hakimlərlə bağlı da fikrini açıq şəkildə ifadə edib:
“Onlar hakimlərə hörmət etməlidirlər; səhv etsələr belə, onlar insandır və səhv edirlər”.
38 yaşlı hücumçu karyerasının sonuna yaxınlaşdığını da etiraf edib:
“Karyeramın sonu yaxınlaşır… gəlin hər oyundan zövq alaq”.
Ronaldo oynamağa davam etməsinin səbəblərini belə izah edib:
“Mən yalnız bu nəsil üçün yox, əvvəlki və gələcək nəsil üçün də oynayıram. Gündən-günə, oyundan-oyuna, ildən-ilə bundan zövq alıram, hətta karyeramın sonuna yaxınlaşsam belə. Bu, faktdır”.
“Karyeram möhtəşəm olub və onun belə qalmasını istəyirəm. Hələ də zövq alıram, hələ də qollar vururam… amma hər şeydən əvvəl bu, qələbə ilə bağlıdır. Və biz həqiqətən liqanı qazanmaq istəyirik”.
Təcrübəli futbolçu liqadakı neqativ hallara da diqqət çəkib:
“Mən çox pis şeylər görürəm. Bir çox oyunçu şikayət edir, hakimlər haqqında danışır, sosial şəbəkələrdə paylaşım edir…”
“…bu, Səudiyyə Pro Liqasının məqsədi DEYİL. Ən yaxşı Avropa liqaları ilə rəqabət aparmaq istəyiriksə, bunu dayandırmalıyıq”.
Sonda isə o, fikirlərini daha sərt şəkildə tamamlayıb:
“Qalib gəlmək üçün mübarizə aparırıq, amma gördüyümüz bəzi şeylər yaxşı DEYİL və bu, futbol DEYİL”.
“Hər şeyə icazə verilmir. Mövsümün sonunda bu barədə danışacağam”.
Kriştiano Ronaldonun bu açıqlamaları artıq böyük rezonans doğurub və mövsümün sonunda daha sərt çıxışın olacağı gözlənilir.