Çuameni üzr istədi: “Olaylar qəbuledilməzdir”
Çuameni “Real Madrid” azarkeşlərindən üzr istədi: “Baş verənlər qəbulolunmazdır”.
90plus.az xəbər verir ki, Orelyen Çuameni “Real Madrid”də baş verən insidentlərlə bağlı rəsmi açıqlama yayıb və klub azarkeşlərindən üzr istəyib.
Fransalı yarımmüdafiəçi məşq prosesində yaşanan hadisələrin klubun adına yaraşmadığını bildirib:
“Bu həftə məşqlərdə baş verənlər qəbuledilməzdir. Bunu deyərkən futbol və ya məktəbdə gənclərə verməli olduğumuz nümunəni düşünürəm. Kim haqlıdır, kim haqsız – fərqi yoxdur, konfliktlər həmişə ən sakit şəkildə həll olunmalıdır”.
Çuameni əlavə edib ki, komandanın imicinə zərər vurulmasına görə təəssüflənir:
“Hər şeydən əvvəl klubun yaratdığı görüntüyə görə üzr istəyirəm. Azarkeşlərin, məşqçilərin, komanda yoldaşlarımın və rəhbərliyin bu mövsümün gedişindən məyus olduğunu bilirəm. Amma məyusluq heç nəyi əsaslandıra bilməz. Bu cür hadisələr ‘Real Madrid’ kimi klub üçün uyğun deyil”.
O, klubun qərarını qəbul etdiyini də vurğulayıb:
“Artıq kimin nə etdiyini və ya kiminsə haqlı olub-olmadığını müzakirə etməyin vaxtı deyil. Klubun verdiyi cəzanı qəbul edirəm. Komanda olaraq ailəyik, bəzən fikir ayrılıqları olur, amma hədəflərimizi hər şeydən üstün tutmalıyıq. Bütün Madridistaslardan üzr istəyirəm”.
ℹ️ Federiko Valverde ilə Çuameni arasında iki gün ardıcıl insident baş verib. İddialara əsasən, ikinci qarşıdurmadan sonra Valverde xəstəxanaya yerləşdirilib və huş itkisi yaşayıb.
© Copyright 2026, All Rights Reserved