Ferlan Mendi mövsümü bitirdi
“Real Madrid” ciddi itki ilə üzləşib. Komandanın sol cinah müdafiəçisi Ferlan Mendi mövsümün sonuna qədər yaşıl meydanlardan uzaq qalacaq.
90plus.az xəbər verir ki, İspaniyanın COPE nəşrinin yaydığı məlumata görə, fransalı futbolçunun zədəsi gözləniləndən daha ciddi çıxıb. Müdafiəçinin əməliyyat olunacağı və təxminən beş ay ərzində komandasına kömək edə bilməyəcəyi bildirilib.
Beləliklə, Ferlan Mendinin bu mövsüm yenidən meydana qayıtması mümkün görünmür. Bu itki xüsusilə mövsümün həlledici mərhələsində “Real Madrid”in müdafiə xətti üçün ciddi problem hesab olunur.
MARCA-nın məlumatına əsasən, Ferlan Mendinin zədəsindən sonra “Real Madrid” son iki mövsümdə ümumilikdə 120-ci zədə hadisəsini yaşayıb. Bu statistika Madrid klubunda son illərdə fiziki problemlərin nə qədər ciddi həddə çatdığını bir daha göstərir.
© Copyright 2026, All Rights Reserved