Ferran Torresə yol görünür
“Barselona”da Ferran Torresla bağlı qeyri-müəyyənlik davam edir. İspan hücumçunun gələcəyi hazırda ciddi müzakirə mövzusuna çevrilib.
90plus.az xəbər verir ki, tərəflər arasında yeni müqavilə ilə bağlı aparılan danışıqlar dayanıb. Hətta bəzi xəbərlərdə Kataloniya klubunun artıq futbolçuya yeni sözləşmə təklif etməmək qərarı verdiyi bildirilir - AS
26 yaşlı hücumçunun hazırkı müqaviləsinin müddəti gələn yay başa çatacaq. Bu isə Ferran Torresin növbəti mövsümün sonunda klubu azad agent kimi tərk etməsi ehtimalını gücləndirir.
Buna baxmayaraq, ispaniyalı futbolçu cari mövsümdə məhsuldar çıxışı ilə diqqət çəkib. Ferran Torres 2024/25 mövsümündə bütün turnirlərdə keçirdiyi 46 oyunda 20 qol vuraraq komandasının hücum xəttində önəmli rol oynayıb.
Klub daxilində isə futbolçunun gələcəyi ilə bağlı yekun qərarın hələ tam verilmədiyi qeyd olunur. “Barselona” rəhbərliyinin maliyyə vəziyyəti və heyətdə planlaşdırılan dəyişikliklərin bu məsələyə birbaşa təsir etdiyi bildirilir.
© Copyright 2026, All Rights Reserved