“Gərək futbola ac olanlar oynasın” Demçenko
Demçenko: “Futbolu daha ‘ac’ futbolçular oynamalıdır”.
90plus.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 30-cu turunda “İmişli”yə 0:1 hesabı ilə məğlub olan “Araz Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko oyundan sonra fikirlərini açıqlayıb.
Ukraynalı mütəxəssis rəqibin daha istəkli olduğunu vurğulayıb:
“İlk olaraq onu deyim ki, “İmişli” bizdən daha çox istəkli idi. Futbolu daha ‘ac’ futbolçular oynamalıdır. İstəksiz futbol oynamırlar, futbolçu meydanda istəkli olmalıdır. Biz demirik ki, bu gün üstünlüyümüz var idi. Futbolda belədir, alınmasa da, sona qədər döyüşməlisən. Bu məqam böyük rol oynadı. “İmişli” ona görə də qazandı. Futbolu qalib gəlmək istəyən oyunçular oynamalıdır”.
Demçenko gələcək planlarla bağlı isə qeyri-müəyyən danışıb:
“Yeni mövsüm və heyətlə bağlı danışıqlar yoxdur. Bu sual barədə nəsə deyə bilmərəm. Çünki öz taleyimin necə olacağını bilmirəm”.
© Copyright 2026, All Rights Reserved