“İmişli” Misli Premyer Liqasını maraqlı səhvlə “salamladı”
“İmişli” ilk turda maraqlı səhvlə gündəmə gəldi.
90plus.az xəbər verir ki, Premyer Liqanın debütantı “İmişli” mövsümün ilk oyununda diqqətçəkən olayla yadda qalıb.
Komandanın futbolçusu Tuncay Cəfərli meydana çıxarkən onun formasında səhvən “Yusifli” soyadı yazılıb.
Ən maraqlısı isə odur ki, “İmişli”nin heyətində bu soyadda heç bir futbolçu yoxdur.
Beləliklə, klub debüt oyununda meydandakı performansla yanaşı, bu kobud səhvi ilə də müzakirələrə səbəb olub.
© Copyright 2026, All Rights Reserved