“İmişli”nin baş məşqçisi qələbədən danışdı
Kaşkilya: “Qələbəmiz tam ədalətli oldu”.
90plus.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 30-cu turunda “Araz Naxçıvan” üzərində 1:0 hesablı qələbə qazanan "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya oyundan sonra fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis komandasının çıxışından razı qaldığını bildirib:
“Əvvəla, oyunçularımı təbrik etmək istəyirəm. Bu təbrik yalnız bugünkü oyunla deyil, bütün çempionat boyu göstərdikləri performansla bağlıdır. Bu qarşılaşmanın əhəmiyyəti ondan ibarət idi ki, məqsədlərimizə bir addım daha yaxınlaşa bildik. Bugünkü qələbə ilə 99 faiz Premyer Liqada yerimizi təmin etmiş sayılırıq.
Oyuna gəldikdə isə, fikrimcə, qələbəmiz tam ədalətli oldu. Birinci hissədə yaxşı oyun nümayiş etdirdik. İkinci hissədə isə küləyin bizim əleyhimizə olacağını bilirdik və “Araz”ın uzun ötürmələrlə təhlükə yaradacağını gözləyirdik.
Buna baxmayaraq, oyuna nəzarəti əldən vermədik və rəqibin hücumlarını effektiv şəkildə neytrallaşdırdıq. Əks-hücumlarda fərqi artırmaq imkanlarımız da oldu, bir neçə epizodda ikinci qolu vura bilərdik və hesab 2:0 ola bilərdi.
Lakin ümumi nəticədən razıyıq”.
© Copyright 2026, All Rights Reserved