Kataloniyada Dro Fernandesi “yıxıb-sürüyürlər”
Kataloniya mediası Dro Fernandesi sərt tənqid edib: PSJ-də hələ şans qazanmayıb.
90plus.az xəbər verir ki, Kataloniya mətbuatı qış transfer pəncərəsində Barselonadan ayrılaraq Paris Sen-Jermenə keçən Dro Fernandes barədə sərt fikirlər səsləndirib - SPORT
İspaniyalı futbolçu yeni klubunda UEFA Çempionlar Liqasında hələ də debüt edə bilməyib. Maraqlıdır ki, o, cari mövsümdə “Barselona”nın heyətində bu turnirdə 59 dəqiqə meydanda olduğu halda, PSJ-də 0 dəqiqə ilə kifayətlənib.
Komandanın baş məşqçisi Luis Enrike isə futbolçunun hazırda turnirin fiziki tələblərinə tam cavab vermədiyini düşünür. Bu səbəbdən də Droya hələ ki, şans verilməyib.
İspaniya mətbuatında yayılan məlumatlara görə, bu transfer artıq sual altına düşüb və futbolçunun PSJ-yə keçidi düzgün qərar olub-olmadığı müzakirə edilir.
© Copyright 2026, All Rights Reserved