Aşraf Hakimi Afrikada ən titullu futbolçudur
Aşraf Hakimi Afrika futbolunun ən çox titul qazanan oyunçusu oldu.
90plus.az xəbər verir ki, Aşraf Hakimi klub karyerasında qazandığı uğurlarla Afrika futbol tarixində yeni rekorda imza atıb. O, Çempionlar Liqasında qazanılan son titulla birlikdə ümumilikdə 19 kubok əldə edərək qitə tarixinin ən çox titul qazanan futbolçusu olub.
Bu göstərici ilə Hakimi iki böyük afrikalı əfsanəni geridə qoyub:
Samuel Eto’o – 18 titul
Yaya Ture – 18 titul
27 yaşlı müdafiəçinin kolleksiyasında artıq Avropanın və beynəlxalq futbolun ən nüfuzlu titulları yer alır. Onun qazandığı uğurlar arasında:
Hazırda "Paris Sen-Jermen" formasını geyinən Hakimi artıq karyerasının ən məhsuldar dövrünü yaşayır və cəmi 27 yaşında olmasına baxmayaraq rekord sayda titula sahibdir.
© Copyright 2026, All Rights Reserved