Kolumbiya Liqasında dəhşətli hadisə yaşanıb.
90plus.az xəbər verir ki, "Atletiko Nasional" və "Cunior de Barrankilya" arasında Medelyin şəhərindəki "Atanasio Xirardot" stadionunda azarkeşlərin davası zamanı baş verən zorakılıq nəticəsində azı 21 nəfər yaralanıb.
Medelyinin "yaşıl-ağ" komandasının ikinci qolundan sonra toqquşmalar başlayıb. Azarkeşlərdən bəziləri bıçaqlanıb, biri isə digərini tribunadan atıb.
Çaxnaşmadan sonra matç dayandırılıb və yaralılar təcili olaraq xəstəxanaya yerləşdiriliblər.
© Copyright 2024, All Rights Reserved