Trent getdi, Frimponq gəldi! RƏSMİ!

90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının son çempionu olan “Liverpul” yay transfer dönəminə sürətli start verib. Komandanın əsas sağ cinah müdafiəçisi Trent Aleksander-Arnoldun ayrılmasından sonra klub bu mövqeyə təcrübəli futbolçu transfer etmək üçün hərəkətə keçmişdi. Nəhayət, “qırmızılar” “Bayer Leverkuzen”in oyunçusu Jeremi Frimpongla razılıq əldə ediblər.
“Liverpul” rəhbərliyi Frimpongun müqaviləsindəki 35 milyon avroluq sərbəstqalma maddəsini aktivləşdirib və Alman klubu ilə razılıq əldə olunub.
Jeremi Frimpong 2021-ci ilin yanvar ayında 11 milyon avro qarşılığında “Seltik”dən “Bayer Leverkuzen”ə transfer olunmuşdu. “Mançester Siti” akademiyasının yetirməsi olan 23 yaşlı niderlandlı müdafiəçi Almaniyada sərgilədiyi çıxışla adından söz etdirməyi bacarıb.
Hazırda tibbi müayinəyə hazırlanan Frimpongun “Liverpul”la 5 illik müqavilə imzalayacağı gözlənilir. Bu transferlə “Liverpul” sağ cinahdakı boşluğu doldurmağa və yeni mövsümdə daha da güclənmiş heyətlə çıxış etməyə hazırlaşır.
© Copyright 2025, All Rights Reserved