Meksikada mundiala görə dərs ili tez bitəcək
Meksika hökuməti Dünya Kuboku ərəfəsində dərs ilini 40 gün erkən bitirir.
90plus.az xəbər verir ki, Meksika hökuməti Dünya Kubokunun başlamasına bir həftə qalmış məktəb ilinin 40 gün erkən başa çatdırıldığını açıqlayıb.
Yeni qərara əsasən məktəb tətili 5 iyundan 31 avqusta qədər davam edəcək. Bu da şagirdlərin təxminən 3 aylıq yay tətili keçirməsi deməkdir.
Qərarın məqsədi uşaqların ev sahibi ölkələrdən biri olan Meksikada keçiriləcək Dünya Kubokunu tam şəkildə izləməsinə və turnirin atmosferindən zövq almasına şərait yaratmaqdır.
© Copyright 2026, All Rights Reserved