“Mellstroy” yazılı köynəkdəki yeniyetmə cəza aldı

Çempionlar Liqasının finalında "Mellstroy" yazılı köynəklə meydana qaçan azarkeş 6 ay şərti cəzaya və məhkəmə xərclərini ödəməyə məhkum edilib.
90plus.az xəbər verir ki, 16 yaşlı təqsirləndirilən şəxs futbolla maraqlanmadığını və heç vaxt futbol matçlarına getmədiyini bildirib.
Mənbə: BBC
Qeyd: Mellstroy "Trash stream” aparıcılığı edən belarus blogerin təxəllüsüdür.
“Trash stream”: Adətən izləyicilərdən pul almaq üçün özünə və ya qonaqlarına qarşı təhlükəli, şokedici, alçaldıcı və bu kimi hərəkətlər edən canlı yayım açır. Yayımlar əsasən YouTube-da və Tik-Tok-da olur.
Mellstroy 2020-ci ildə yayımlarından birində bir xanımı döyməklə populyarlıq qazanıb.
© Copyright 2025, All Rights Reserved