“Real” ardıcıl iki ev oyununda üç və ya daha çox qol buraxmaqla uduzub.
90plus.az xəbər verir ki, İspaniya nəhəngi La Liqada “Barselona”ya 0:4, Çempionlar Liqasında “Milan”a 1:3 hesabı ilə məğlub olub.
Madrid klubu son 15 ildə ilk dəfə belə halla üzləşib. “Real”ın ardıcıl iki ev oyununda uduzması və ən azı 3 top buraxmasına sonuncu dəfə 2009-cu ilin mayında təsadüf olunub.
Xuande Ramosun çalışdırdığı komanda La Liqada iki məğlubiyyət alıb. Öncə “Barselona”ya 2:6 hesabı ilə uduzan “Kral klubu” ardınca “Malyorka”ya məğlub olub – 1:3.
Qeyd: 4 oyunda 6 xal toplayan “Real” Çempionlar Liqasının Liqa mərhələsinin turnir cədvəlində 17-ci yerdə qərarlaşıb.
© Copyright 2024, All Rights Reserved