“Sabah” Azərbaycan çempionu oldu

"Sabah" Azərbaycan Basketbol Liqasının qalibi olub.
90plus.az xəbər verir ki, "Sabah” ilə “Neftçi” final seriyasının altıncı oyununda Bakı İdman Sarayında qarşılaşıb. Matç "Sabah"ın 83:78 hesablı qələbəsi ilə bitib.
Beləliklə, seriyada 4:2 hesab ilə üstün olan "Sabah" ardıcıl üçüncü dəfə ABL-in qızıl medallarına sahib çıxıb.
© Copyright 2025, All Rights Reserved