“Sabah” çempion oldu
“Neftçi” – “Qarabağ” 2:1. “Sabah” tarixində ilk dəfə Azərbaycan çempionu oldu.
90plus.az xəbər verir ki, Azərbaycan çempionatında 21-ci turdan təxirə salınmış oyunda Azərbaycan derbisində "Neftçi" öz meydanında "Qarabağ" üzərində qələbə qazanıb:
Neftçi 2 - 1 Qarabağ
Emil Səfərov 55’
Elvin Bədəlov 85’ (ö.q.)
B. Sambo 90+2’
Qollar: https://t.me/doxsanplus/116657
Bu nəticə çempionatın taleyinə də birbaşa təsir edib. “Qarabağ”ın məğlubiyyəti ilə xallar fərqi 13 olaraq qalıb və Premyer Liqada bitməsinə 4 tur qalmış vəziyyətdə "Sabah" rəqibləri üçün əlçatmaz olub.
Beləliklə, “Sabah” 2025/26 mövsümünün Azərbaycan Premyer Liqası çempionu elan olunub. Bu, klubun tarixində ilk ölkə çempionluğu kimi qeydə alınıb.
Komandanın heyətində yer alan futbolçulardan biri də Kaheem Parris olub və o, mövsüm ərzində komandanın uğurunda mühüm rol oynayıb.
Bu nəticə ilə “Sabah” Azərbaycan futbol tarixində yeni səhifə açaraq ilk dəfə ölkə çempionluğunu rəsmiləşdirib.
© Copyright 2026, All Rights Reserved