Sautqeytin yeni mənzili televiziya ola bilər

İngiltərə yığmasının sabiq baş məşqçisi Qaret Sautqeyt televiziyada futbol mütəxəssisi kimi fəaliyyət göstərə bilər.
90plus.az xəbər verir ki, BBC telekanalı Q.Sautqeyti “Match of the Day” proqramında ekspert etməyi düşünür. Onlar 53 yaşlı mütəxəssisi Avro-2024-dəki fəaliyyətinə görə tənqid edən İngiltərə yığmasının sabiq hücumçusu Qari Linekerlə studiyada qarşılaşdırmaq niyyətindədirlər.
Qeyd: Q.Sautqeyt 2016-cı ildən İngiltərə komandasının baş məşqçisi kimi fəaliyyət göstərirdi.
Mənbə: Daily Mail
© Copyright 2025, All Rights Reserved