Usman Dembele: Həftənin ən yaxşısıdır
Fransalı hücumçu Usman Dembele UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu seçilib.
90plus.az xəbər verir ki, UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, mükafat Paris Sen-Jermen klubunun vingerinə verilib. O, "Bayern Münhen"ə qarşı “Park de Prens” stadionunda keçirilən və 5:4 hesabı ilə başa çatan gərgin qarşılaşmada möhtəşəm performans sərgiləyib.
Dembele həmin oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb, komandasının qələbəsində həlledici rol oynayıb.
Səsvermədə fransız futbolçu Antuan Qrizmannı geridə qoyaraq birinci olub.
© Copyright 2026, All Rights Reserved