“Vilyareal”ın xilaskarı gedir
Marselino “Vilyarreal”la vidalaşır – uğurlu dövr başa çatır.
90plus.az xəbər verir ki, "Vilyareal" mövsümün sonunda baş məşqçisi Marselino Qarsiya Toral ilə yollarını ayıracaq. İspan mütəxəssisin gedişi klub üçün bir dövrün sonu kimi qiymətləndirilir.
Marselino komandaya rəhbərlik etdiyi müddətdə “Vilyarreal”ı ardıcıl iki dəfə UEFA Çempionlar Liqasına daşımağı bacarıb. Hazırda komanda La Liqanın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb və növbəti mövsüm üçün yenidən elit turnirə vəsiqəyə çox yaxındır.
2024/25 mövsümü isə klub tarixində xüsusi yer tutur. Marselinonun komandası çempionatda 71 qol vuraraq “Vilyarreal”ın bir mövsümdə ən çox qol rekordunu yeniləyib.
Təcrübəli çalışdırıcı həm də klub tarixində ən çox oyun keçirən baş məşqçi kimi yadda qalacaq. Mövsümün sonuna qədər onun hesabında 298 rəsmi qarşılaşma olacaq.
Marselinonun rəhbərliyi altında əldə olunan nəticələr və sabit inkişaf “Vilyarreal” üçün uzun müddət xatırlanacaq uğurlu mərhələ kimi tarixə düşəcək.
© Copyright 2026, All Rights Reserved