Yamal: "Bu klubun əfsanəsi olmaq istəyirəm"
"Barselona"nın hücumçusu Lamin Yamal uzun illər bu klubda forma geyinmək istədiyini bildirib.
90plus.az xəbər verir ki, İspaniyada yerli mətbuata açıqlama verən Yamal "Barselona"dan ayrılmaq istəmədiyini, burada əfsanə olmaq istəyini dilə gətirib:
"Transfermarkt"da dəyərim 120 milyon avrodur. Bu məbləği kiminsə ödəməsini istəmirəm. Çünki versələr, "Barselona"dan ayrılmalı olacağam. Ümid edirəm ki, "Barselona"dan heç vaxt ayrılmayacam və klubun əfsanəsi olacam".
Qeyd: Yamal bu mövsüm "Barselona"nın heyətində çıxdığı 4 matçda 1 qol, 4 assistlə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved