3 futbolçu “Qəbələ”ni tərk etdi
Yeni mövsüm öncəsi heyətdə dəyişikliklərə başlayan “Qəbələ” üç futbolçu ilə vidalaşıb.
90plus.az xəbər verir ki, klubun yaydığı məlumatda İbrahim Sanqare və Rüfət Əhmədovun müqavilələri başa çatdığından tərəflər arasında əməkdaşlığın yekunlaşdığı deyilir.
Bundan başqa, CAR təmsilçisi “Stellenboş”dan icarə əsasında çıxış edən Turan Manafov da komandanı tərk edib. Müdafiəçinin icarə müqaviləsinin müddəti başa çatdığı üçün o, məxsus olduğu kluba geri dönəcək.
“Qəbələ” rəhbərliyi hər üç futbolçuya komandadakı fəaliyyətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
© Copyright 2026, All Rights Reserved