Makron: “Fransa qürur duyur”
Makron PSJ-ni Çempionlar Liqasındakı qələbə münasibətilə təbrik edib.
90plus.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Macron UEFA Çempionlar Liqasının finalında “Arsenal”ı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edən “Paris Sen-Jermen”i təbrik edib. Oyunun əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.
Makron sosial şəbəkədə paylaşımında bunları yazıb:
“Paris üzərində yeni bir ulduz doğdu. Bütün Avropanı xəyal qurmağa vadar etdiyinə görə PSJ-ni təbrik edirəm. Fransa qürur duyur.”
Bu qələbə “Paris Sen-Jermen”in tarixində UEFA Çempionlar Liqasındakı ikinci zəfəri olub. Eyni zamanda, Paris təmsilçisi ardıcıl ikinci dəfə Avropanın ən nüfuzlu klub turnirinin qalibi adını qazanıb. Komanda ötən mövsümün finalında “İnter”i 5:0 hesabı ilə məğlub edərək çempion olmuşdu.
© Copyright 2026, All Rights Reserved