“Araz” Slavik və Ömərlə yenidən sözləşdi
“Araz-Naxçıvan” heyətində sabitliyi qorumağa davam edir. Naxçıvan təmsilçisi daha iki futbolçu – Slavik Alxasov və Ömər Buludovla əməkdaşlığı uzadıb.
90plus.az xəbər verir ki, klubun açıqlamasına əsasən, hər iki müdafiəçi ilə bir illik yeni müqavilə imzalanıb. Beləliklə, Alxasov və Buludov qarşıdakı mövsümdə də “Araz-Naxçıvan”ın uğurları üçün mübarizə aparacaqlar.
Xatırlatma: Klub daha əvvəl təcrübəli qapıçı Tərlan Əhmədli ilə də yeni sözləşmə bağlayaraq onun komandada qalmasını rəsmiləşdirmişdi.
© Copyright 2026, All Rights Reserved