Zamiq Əliyev yenə Albaniya çempionudur
Zamiq Əliyev növbəti dəfə Albaniya çempionu oldu.
90plus.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyada daha bir uğura imza atıb. Onun formasını geyindiyi “Eqnatiya” ölkə çempionatının 2025/26 mövsümünü zirvədə başa vurub.
Çempionluğun taleyi son turda həll olunub. “Eqnatiya” doğma azarkeşləri önündə “Dinamo”nu (Tirana) 2:0 hesabı ilə məğlub edərək qızıl medalları təmin edib. Qarşılaşmaya start heyətdə başlayan Zamiq Əliyev ilk hissədə meydanda olub və fasilədən sonra əvəzlənib.
Matçın hər iki qolu ilk 45 dəqiqədə vurulub və komanda üstünlüyünü sona qədər qorumağı bacarıb.
Beləliklə, “Eqnatiya” Albaniya çempionluğunu ardıcıl üçüncü dəfə qazanıb. Azərbaycanlı müdafiəçi isə bu uğurların son ikisinin birbaşa iştirakçısı olub və karyerasına növbəti titul əlavə edib.
© Copyright 2026, All Rights Reserved