Avropa çempionatı: millimiz 1/8 matçına çıxır
Bu gün minifutbol üzrə millimiz Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Avropa çempionatının 1/8 final matçına çıxacaq.
90plus.az xəbər verir ki, komanda Bolqarıstanla qarşılaşacaq:
Saat 19:30
Azərbaycan – Bolqarıstan
Minifutbol üzrə Avropa çempionatı/ 1/8 final
Qeyd: Azərbaycan minifutbolçuları qrupda keçirdiyi bütün matçlarda qələbə qazanıb. Komanda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı isə 3:1 hesabı ilə məğlub edərək 1/8 finala maksimum nəticə ilə yüksəlib.
© Copyright 2026, All Rights Reserved