Andres İniyesta məşqçiliyə başlayır
Andres İnyesta məşqçilik karyerasına başlayır – “Qalf Yunayted”ə təyinat gözlənilir.
90plus.az xəbər verir ki, əfsanəvi ispan yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliklərinin ikinci liqasında çıxış edən “Qalf Yunayted”klubunun baş məşqçisi olmaq üzrədir.
Tərəflər arasında bütün şərtlərin razılaşdırıldığı, müqavilənin imzalanmasının isə yaxın günlərdə rəsmiləşəcəyi bildirilir. Bu qərarla İnyesta futbolçu karyerasını başa vurduqdan sonra ilk dəfə baş məşqçi kimi fəaliyyətə başlayacaq.
Məlumata əsasən, İnyesta "Qalf Yunayted”də birbaşa baş məşqçi postuna keçərək klubun yeni layihəsinə rəhbərlik edəcək.
Rəsmi açıqlamanın bütün sənədləşmə işləri tamamlandıqdan sonra verilməsi gözlənilir.
© Copyright 2026, All Rights Reserved