Azərbaycan 1-ci liqasını tərk etdilər
1-ci Liqada dramatik sonluq: Liqanı tərk edən komanda müəyyənləşdi.
90plus.az xəbər verir ki, Azərbaycan 1-ci Liqasında 2025/26 mövsümünün son turu gərgin mübarizə ilə başlayıb. İlk oyun günündən sonra həm birbaşa aşağı liqaya yuvarlanan, həm də pley-off oynayacaq komanda rəsmən bəlli olub.
Turun ən kritik qarşılaşmalarından biri “Cəbrayıl” və “Şimal” arasında keçirilib. Turnir cədvəlinin son sırasında yer alan Xaçmaz təmsilçisi mövsümün taleyini həll edən görüşdə vacib qələbə qazanıb. 3:2 hesablı uğur sayəsində “Şimal” xalını 20-yə yüksəldərək təhlükəli zonadan çıxıb və mövsümü 9-cu pillədə başa vurmaq şansını qoruyub.
Bu nəticə “Difai” üçün vəziyyəti daha da çətinləşdirib. Komanda səfərdə MOİK-lə qarşılaşıb və ağır məğlubiyyət alıb. 0:4 hesablı yenilgindən sonra “Difai” turnir cədvəlində geriləyərək sonuncu – 10-cu pilləyə düşüb. Bununla da kollektiv növbəti mövsümdə 2-ci Liqada çıxış edəcək.
Reqlamentə əsasən, 1-ci Liqanı sonuncu pillədə tamamlayan komanda birbaşa aşağı liqaya düşür. 9-cu sırada qərarlaşan komanda isə yerini qorumaq üçün 2-ci Liqanın gümüş medalçısı ilə pley-off oyunlarına çıxır.
Turun bugünkü nəticələri:
© Copyright 2026, All Rights Reserved