“Neftçi” mövsümü qələbə ilə yola saldı
“Neftçi” mövsümü qələbə ilə başa vurdu – ardıcıl 5-ci qalibiyyət gəldi.
90plus.az xəbər verir ki, Misli Premyer Liqasının 33-cü – son turunda “Neftçi” səfərdə “Kəpəz”lə qarşılaşıb. Sumqayıtda keçirilən oyunda paytaxt təmsilçisi minimal hesablı qələbə qazanıb:
Kəpəz 0 - 1 Neftçi
F. Varqas 53’
Qol: https://t.me/doxsanplus/117097
Bu nəticədən asılı olmayaraq, “Neftçi” mövsümü 4-cü pillədə, “Kəpəz” isə 10-cu sırada tamamlayıb. Buna baxmayaraq, Bakı klubu çempionatı yüksək notlarla başa vurmağı bacarıb. Belə ki, Yuri Vernidubun komandası Premyer Liqada ardıcıl 5-ci qələbəsini qazanıb.
Qeyd: “Neftçi” görüşün son hissəsini azlıqda keçirib. Komandanın futbolçusu İfeanyi Metyu 65-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
© Copyright 2026, All Rights Reserved