Ülviyyə Musayeva çempion oldu, ilkə imza atdı
Ülviyyə Musayeva U15 Avropa çempionu oldu – finalda böyük qələbə!
90plus.az xəbər verir ki, Ülviyyə Musayeva U15 Avropa çempionatında qızıl medal qazanaraq böyük uğura imza atıb.
Final görüşündə o, Türkiyə təmsilçisi Yağmur Minaz ilə qarşılaşıb və tam üstünlüklə 11:0 hesablı qələbə qazanaraq Avropa çempionu olub.
Bu nəticə ilə Ülviyyə Musayeva U15 yaş qrupunda Avropa çempionu olan ilk azərbaycanlı qadın güləşçi kimi tarixə düşüb.
Turnir boyu inamlı çıxış edən idmançı finalda da rəqibinə heç bir şans verməyərək qızıl medalı təmin edib.
© Copyright 2026, All Rights Reserved