Federiko Dimarko İtaliyada mövsümün futbolçusudur
Federiko Dimarko 2025/26 mövsümünün A Seriyasında ən yaxşı futbolçusu seçilib.
90plus.az xəbər verir ki, Federiko Dimarko 2025/26 mövsümündə A Seriyasının ən dəyərli futbolçusu (MVP) seçilib.
"İnter Milan" ilə möhtəşəm mövsüm keçirən sol cinah müdafiəçisi komandanın həm çempionluq, həm də İtaliya Kubokunu qazanmasında əsas rollardan birini oynayıb.
34 oyunda 6 qol və 17 məhsuldar ötürmə ilə yadda qalan Dimarko, həm müdafiədə, həm də hücumda göstərdiyi yüksək performansla diqqət çəkib. O, həmçinin A Seriyası tarixində bir mövsümdə ən çox assist edən müdafiəçilərdən biri kimi yeni rekord müəyyənləşdirib.
“İnter” bu mövsüm həm Skudetto, həm də İtaliya Kubokunu qazanaraq dubla imza atıb və mövsümü dominant şəkildə başa vurub.
Həmçinin oxu: https://90plus.az/italiya-a-seriyas-kenan-yldz-mukafat-ald/xeber/
© Copyright 2026, All Rights Reserved