Rafael Ağayev 13-cü dəfə əməliyyat olundu
Tanınmış karateçi Rafael Ağayev 13-cü dəfə əməliyyat olunub.
90plus.az xəbər verir ki, Azərbaycanın məşhur karateçisi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev yenidən əməliyyat masasına uzanıb.
İdmançı bu barədə şəxsi instaqram hesabında paylaşım edərək məlumat verib. Ağayev bildirib ki, bu dəfə 5-ci dəfə diz nahiyəsindən əməliyyat olunub.
Qeyd: Rafael Ağayev karyerası ərzində dəfələrlə ciddi zədələr alıb və müxtəlif əməliyyatlar keçirib.
© Copyright 2026, All Rights Reserved