Neymar mundiala yenə “10”la gedir!
Neymar 2026 Dünya Çempionatında yenidən “10” nömrəni daşıyacaq – tarixə keçən göstəriciyə çatdı.
90plus.az xəbər verir ki, Neymar Jr 2026 Dünya Çempionatı üçün Braziliya milli futbol komandasının rəsmi heyət nömrələri açıqlanarkən yenidən “10” nömrəli formanı alıb.
Bu qərarla Neymar Dünya Çempionatlarında dörd fərqli turnirdə “10” nömrəsini geyinən ikinci braziliyalı futbolçu olub. Bu göstəricidə ondan əvvəl yalnız futbol əfsanəsi Pele yer alır.
34 yaşlı hücumçunun adı ətrafında son aylarda zədələr və fiziki durumu ilə bağlı suallar yaransa da, o, baş məşqçi Karlo Ançelottinin planlarında qalmağı bacarıb və heyətdə yerini qoruyub.
Neymar hazırda dizaltı əzələ zədəsi səbəbilə tam formada olmasa da, turnirə qədər hazır vəziyyətə gəlməsi üçün 15 gün vaxtı var. Buna baxmayaraq, ona “10” nömrənin verilməsi komanda daxilində onun lider statusunun qorunduğunu göstərir.
Komandanın digər əsas nömrələri də müəyyənləşib:
Braziliya yığması 2026 Dünya Çempionatına favoritlərdən biri kimi yollanır və Neymarın yenidən “10” nömrəni daşıması komandanın hücum lideri roluna olan inamın göstəricisi hesab olunur.
© Copyright 2026, All Rights Reserved