Flik köhnə "tanışı"nı "Barselona"ya gətirir

"Barselona" klubunun baş məşqçisi Hans-Diter Flik yay transfer dönəmində xorvatiyalı yarımmüdafiəçi İvan Perişiçin transfer olunmasını rəhbərlikdən xahiş edib.
90plus.az xəbər verir ki, almaniyalı çalışdırıcı ötən mövsüm PSV klubunda çıxış edən 36 yaşlı futbolçunun "Barselona"ya faydalı ola biləcəyinə rəhbərliyi inandırmağa çalışır. Flik Perişiçin təcrübəli və çoxşaxəli oyunçu olduğunu vurğulayır. Qeyd edək ki, bu iki şəxs əvvəllər Almaniyanın "Bayern Münhen" klubunda birgə çalışıblar.
Xatırlatma: İvan Perişiç ötən mövsüm PSV-nin heyətində bütün turnirlər üzrə 39 oyunda meydana çıxıb, 16 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved