Fransa Liqa 1-ə qayıtdılar
“Le Man” 15 ildən sonra Fransa Liqa 1-də – dramatik yüksəliş rəsmiləşdi.
90plus.az xəbər verir ki, "Le Man" rəsmi olaraq Liqa 1-ə yüksəlib.
Fransa klubunun elitaya sonuncu yüksəlişi 2009/10 mövsümündə olmuşdu. “Le Man” həlledici turda səfərdə "Bastia" üzərində 2:0 hesablı qələbə sayəsində tarix yazıb və 15 illik fasilədən sonra yenidən ölkənin ən yüksək liqasına qayıdıb.
Qarşılaşmanın son dəqiqələri isə qalmaqallı keçib. “Bastiya” azarkeşlərinin əlavə vaxtda meydana tüstü bombaları və partlayıcı maddələr atması səbəbindən hakimlər təhlükəsizlik məqsədilə oyunu vaxtından əvvəl dayandıraraq komandaları paltardəyişmə otağına göndəriblər. Bu səbəbdən “Le Man”ın bayramı bir qədər gecikib."
© Copyright 2026, All Rights Reserved