“Qalatasaray” çempiondur! 26 dəfə, rekord!
“Qalatasaray” çempionluğu rəsmiləşdirdi - 26-cı zəfər, ardıcıl 4-cü çempionluq, tarixi rekord!
90plus.az xəbər verir ki, Türkiyə Super Liqasının 33-cü turu “Qalatasaray” üçün tarixi nəticə ilə yadda qalıb. İstanbul təmsilçisi doğma meydanda “Antalyaspor”u 4:2 hesabı ilə məğlub edərək 2025/26 mövsümünün çempionu olub.
Xüsusilə Viktor Osimhenin vurduğu 2 qol çempionluğu rəsmiləşdirən top kimi tarixə düşüb:
Qalatasaray 4 - 2 Antalyaspor
S. Dikmen 45+3’ 62’
M. Lemina 56’
V. Osimhen 66’ (p) 88’
K. Ayhan 90+5’
Qollar: https://t.me/doxsanplus/116844
Bununla da “Qalatasaray” ardıcıl 4-cü dəfə Türkiyə çempionu olub:
🥇 2022/23
🥇 2023/24
🥇 2024/25
🥇 2025/26
“Sarı-qırmızılar” eyni zamanda tarixində 26-cı Super Liqa çempionluğunu qazanaraq bu göstəricidə rekordunu daha da möhkəmləndirib. Türkiyədə heç bir klub ölkə çempionatını daha çox qazanmayıb.
Komandanın baş məşqçisi Okan Buruk da yeni tarix yazıb. O, həm futbolçu, həm də baş məşqçi kimi “Qalatasaray”la ardıcıl 4 dəfə çempion olmağı bacarıb:
Video: https://t.me/doxsanplus/116845
Turun digər diqqətçəkən nəticələrindən biri “Fənərbağça”nın səfərdə “Konyaspor”u 3:0 hesabı ilə məğlub etməsi olub. Fred dublla yadda qalıb:
Konyaspor 0 - 3 Fənərbağça
Fred 13’ 71’
A. Braun 56’
“Beşiktaş” isə evdə “Trabzonspor”a 1:2 hesabı ilə uduzub. Bununla İstanbul klubu 40 ildən sonra ilk dəfə bir mövsümdə liqa derbilərində qələbə qazana bilməyib:
Beşiktaş 1 - 2 Trabzonspor
O. Kökçü (p)
O. Zubkov 15’
E. Muçi 62’
“Fatih Karagümrük” və “Kayserispor”un Super Liqanı tərk edərək aşağı liqaya düşməsi də rəsmiləşib.
© Copyright 2026, All Rights Reserved