Harri Keyn “Qızıl Buts”a layiq görüldü
“Bayern Münhen”in hücumçusu Harri Keyn 2025/26 mövsümünün Avropa “Qızıl buts” mükafatını almağa hazırlaşır.
90plus.az xəbər verir ki, ingiltərəli forvard Bundesliqanın bu mövsümündə 31 oyunda möhtəşəm 36 qol vurub.
Erlinq Haaland 27 qolla (54 xal) ikinci pillədə qərarlaşıb. Kilian Mbappe isə 25 qol (50 xal) ilə üçüncü olub.
Bu, Keynin karyerasında ikinci Avropa “Qızıl buts”udur. O, daha əvvəl 2023/24 mövsümündə də eyni göstərici — Almaniyada 36 liqa qolu ilə bu mükafatı qazanmışdı.
© Copyright 2026, All Rights Reserved