Luis Enrike PSJ-də ən titulludur
Luis Enrike PSJ tarixinin ən titullu baş məşqçisi oldu.
90plus.az xəbər verir ki, Luis Enrike “Paris Sen-Jermen”in sükanı arxasında 12-ci titulunu qazanaraq klub tarixinin ən uğurlu baş məşqçisi adına sahib çıxıb. İspaniyalı mütəxəssis bununla da 11 titul qazanan Loran Blanın rekordunu geridə qoyub.
PSJ-nin Budapeştdə “Arsenal”ı məğlub edərək ardıcıl ikinci dəfə UEFA Çempionlar Liqasının qalibi olması Enrikenin klub tarixində yeni zirvəyə yüksəlməsini təmin edib.
Keçmiş İspaniya millisi və “Barselona”nın baş məşqçisi olan Enrike 2023-cü ilin iyulunda Paris klubuna qoşulduqdan sonra komandanı əhəmiyyətli dərəcədə dəyişib. Onun rəhbərliyi altında PSJ daha sistemli və kollektiv oyun üslubu formalaşdırıb.
Enrikenin PSJ-də qazandığı titulların siyahısına aşağıdakılar daxildir:
Bu uğur Enrikeni futbol tarixinin seçilmiş məşqçiləri sırasına da daxil edib. O, daha əvvəl 2015-ci ildə “Barselona” ilə bacardığı kimi, iki fərqli klubla Avropa qitə treblini qazanan azsaylı mütəxəssislərdən biri olub. Bu nailiyyətə imza atan digər məşqçi isə Pep Qvardioladır.
© Copyright 2026, All Rights Reserved