Nəriman Axundzadə oynamadı
Azərbaycanlı hücumçu Nəriman Axundzadənin formasını geyindiyi “Kolambus Kryu” MLS-də növbəti qələbəsini qazanıb.
90plus.az xəbər verir ki, komanda Şərq Konfransının 15-ci turunda doğma meydanda “Atlanta”nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. “Kolambus Kryu”nun qollarını Banqura və Dieqo Rossi vurublar.
Nəriman Axundzadə matçın iştirak ərizəsində yer alsa da, baş məşqçi ona şans verməyib. Azərbaycan millisinin üzvü oyunboyu ehtiyat oyunçular skamyasında qalıb. O, əvvəlki turda da meydana çıxmamışdı.
Buna baxmayaraq, 22 yaşlı forvard ABŞ Kubokunun 1/4 final mərhələsində “Nyu York Siti” ilə görüşdə faydalı performans sərgiləmişdi. Həmin matçda 64 dəqiqə oynayan Axundzadə komandasının yeganə qolunun məhsuldar ötürməsinin müəllifi olmuşdu.
15 turdan sonra “Kolambus Kryu” 16 xalla Şərq Konfransının turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved