Millimiz Avstriyaya getdi
Bu gün futbol üzrə Azərbaycan millisi təlim-məşq toplanışına görə Avtriyaya yola düşdü.
90plus.az xəbər verir ki, futbol üzrə Azərbaycan milli komandası növbəti təlim-məşq toplanışını Avstriyada keçirəcək. Mayın 29-dan etibarən hazırlığa Bakıda start verən yığma iyunun 10-dək Avstriyanın Bad-Valtersdorf şəhərində məşqlərini davam etdirəcək.
Toplanış müddətində komanda iki beynəlxalq yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Millimiz iyunun 5-də Malta, iyunun 9-da isə San Marino yığması ilə üz-üzə gələcək.
Qarşılaşmalar baş məşqçi heyətinə komandanın hazırlıq səviyyəsini qiymətləndirmək və yeni futbolçuları yoxlamaq imkanı yaradacaq.
© Copyright 2026, All Rights Reserved