“Real Madrid” 4 oyun sonra uddu
“Real Madrid” 4 oyundan sonra qələbə qazandı – Mbappe və Vinisiusdan həlledici qollar gəldi.
90plus.az xəbər verir ki, İspaniya La Liqasının 32-ci turunda “Alaves”i 2:1 hesabı ilə məğlub edərək uzun fasilədən sonra qələbəyə sevindi.
“Santyaqo Bernabeu”da keçirilən görüşdə hesabı 30-cu dəqiqədə Kilian Mbappe açıb. Fransalı hücumçu Arda Gülərin ötürməsindən sonra zərbə endirib və top rikoşetlə istiqamətini dəyişərək qapıya daxil olub. Bu qol oyunda dönüş nöqtəsi oldu.
Fasilədən dərhal sonra - 50-ci dəqiqədə Vinisius Junior fərqlənərək madridlilərin üstünlüyünü artırıb. Görüşün sonlarına yaxın “Alaves” təzyiqi artırsa da, yalnız əlavə olunmuş vaxtda – 90+3-cü dəqiqədə Martines fərqi minimuma endirə bilib.
Qalan dəqiqələrdə hesab dəyişməyib və “Real Madrid” 4 oyundan sonra qələbə qazanaraq aktivinə vacib 3 xal yazdırıb:
Real Madrid 2 - 1 Alaves
K. Mbappe 30’ (assist Arda Güler)
V. Junior 50’
T. Martines 90+3’
Qollar:
https://t.me/doxsanplus/116442
https://t.me/doxsanplus/116445
Qarşılaşmadan sonra diqqət çəkən məqamlardan biri Vinisiusun qolundan sonra azarkeşlərə jest edərək üzr istəməsi olub. Arda Güler isə məhsuldar ötürmə ilə oyunun qəhrəmanlarından birinə çevrilib.
Matçdan sonra “Real Madrid”in sabiq futbolçusu Alvaro Arbeloa çempionluq yarışı ilə bağlı ümidli danışıb: “Hələ mümkündür? Əlbəttə, sona qədər mübarizə aparacağıq.”
Hazırda turnir cədvəlində “Barselona” 79 xalla liderdir. “Real Madrid” isə 73 xalla ikinci pillədə qərarlaşıb və çempionluq mübarizəsini davam etdirir.
© Copyright 2026, All Rights Reserved