"Real Madrid" Ançelottiyə mane oldu

Karlo Ançelottinin Braziliya millisi ilə danışıqları uğursuz yekunlaşdı.
90plus.az xəbər verir ki, Ançelotti müqaviləni hazırlamaq üçün braziliyalılarla birlikdə Londonda idi. “Real Madrid” bu zamanlamanı bəyənmədiyini bildirib.
Florentino Perez Açelotti ilə Braziliya yığması arasındakı razılaşmanı şəxsən əngəlləyib. ”Real Madrid” italyan mütəxəssisin Klublararası DÇ-də də postunda qalmasını, daha sonra getməsini istəyib.
Braziliya Futbol Federasiyası baş məşqçinin iyun ayında gəlməsini istədiyi üçün bunu qəbul etməyib və Jorge Jesus variantına keçilib.
Karlo Ançelotti isə ilinə 50 milyon avro qazana biləcəyi Səudiyyə Ərəbistanı klubunu düşünür.
📰: Marca; Relevo; Globo Esporte
© Copyright 2025, All Rights Reserved